44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki parlaq qələbəsi düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Təəssüflər olsun ki, Ermənistan üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirməkdən hər vəchlə boyun qaçırır və bölgədə vəziyyətin gərginləşdirilməsinə çalışırdı. Havadarlarının yalan vədlərinə aldanan Ermənistan revanşist xülyalara uyaraq Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin sayını artırır, onları silah-sursatla təmin edir, nəzarətsiz qalan Laçın dəhlizi vasitəsi ilə silah və minaların bölgəyə daşınmasını təşkil edir və bununla yekun sülh müqaviləsini imzalamaqdan uzaq olduğunu göstərirdi. 44 günlük müharibədən dərs almayan Ermənistan Qarabağda mövcud olan qondarma rejimi və separatçıları dəstəkləyir, onları təxribatlar törətməyə sövq edir və Azərbaycanın ərazi bütövlüyünə təhdidlər edirdi. Bu cür təxribat və təhdidlərin sayı son aylarda daha da artmağa başladı. Qarabağda 10 minlik erməni hərbi qüvvəsinin, 200-dən artıq artilleriya qurğularının və minaatanların, radiolokasiya və elektron idarəetmə sistemlərinin, Zenit-Raket Komplekslərinin olması Ermənistanın və havadarlarının dəstəklədikləri cinayətkar xunta rejiminin açıq- aşkar müharibəyə hazırlaşdığından xəbər verirdi. Son günlər azğınlaşan separatçıların Xocavənddə yerləşdirdikləri minaların partlaması nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olması Azərbaycanın səbrini daşırtdı. Azərbaycanın çoxsaylı çağırış və müraciətlərinə məhəl qoymayan qanunsuz erməni silahlı birləşmələri regionda sülhün və əmin-amanlığın bərqərar olmasında əsas maneə idi. Mütəmadi olaraq baş verən təxribatlar, mina terroru azərbaycanlı hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olurdu. Belə bir vaxtda Azərbaycan lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu. Cəmi 24 saat ərzində Silahlı Qüvvələrimiz separatçı rejimin qanunsuz hərbi birləşmələrinə ağır zərbələr endirərək onları təslim olmağa və Azərbaycanın bütün şərtlərini qəbul etməyə məcbur etdi. Dövlətimizin apardığı uğurlu antiterror tədbirləri ictimaiyyət tərəfindən də müsbət qarşılandı və xalq həmişəki kimi Ordumuzun, dövlətimizin və Ali Baş Komandanımızın yanında olduğunu bir daha göstərdi. Ölkəmizdə mövcud olan siyasi partiyalar da antiterror tədbirlərini dəstəklədiklərini bəyan etdilər.Təəssüflər olsun ki,Vətən müharibəsi dövründə olduğu kimi indi də AXC-Müsavat-REAL “triosu” öz xislətlərini büruzə verərək antiterror tədbirlərinin keçirilməsinə öz həmrəyliklərini bildirmədilər.Allah Şəhidlərimizə rəhmət eləsin!Yaşasın Azərbaycan!Var olsun Ali Baş Komandan!
Zülfü Quliyev,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi